Ömrünü bənzədərdi bir sıxma dənə,
Qəlbi qırıq idi üzü də gülsə.
Ayrılıq qatarı gəldi zamansız,
Günəş qürub etdi soldu bənövşə.
Qələmi danışdı özü dinmədi,
Unutqan insanlar vəfa bilmədi.
Çəkilən şəkillər xatirə qaldı,
Torpaq aldığını geri vermədi.
Deyirdi ki mənə danış dərdini,
Deyinərdim hey nənəmdən gizlicə.
Nə bileydim tale hökmün verəndə,
Yeddisi düşəcək doğum günümə.
Qaytaraydım kaş geriyə zamanı,
Ölüm haqdır fəqət ürək darıxır.
Sanki hiss edirəm hər uğurumda,
Ruhun fərəhlənib kənardan baxır.
Müəllif: Bahar Bəşirova
