Bir payız günüydü.Bölməmizə gəlmişdi.Yenicə çapdan çıxmış “Bəlkə görüşmədik,bəlkə görüşdük” adlı şeirlər kitabını gətirmişdi.Təqdim etdi və xahiş etdi ki, şeirləri haqqında düşündüklərimi deyim,gerçəkləri söyləyim.Kitabı vərəqlədim,şeirlərinə baxdım və xeyli söhbət etdik; şeirdən,ədəbiyyatdan.Sözə vurğunluğunu anladım.Ustadına sadiqliyi,sayğısı ilə diqqətimi çəkdi.Ədəb- ərkanı,mərifəti,böyük- kiçik yeri bilməsi nəzərimdən yayınmadı.Şeirləri haqqında duyduqlarımı,bildiklərimi dedim.Diqqətlə dinlədi.
Üstündən xeyli vaxt keçdi.Arada zəng vurub hal- əhvallaşırdı,yeni yazdığı şeirlərini göndərirdi.Ciddi – cəhdlə üzərində çalışdığını,əzmini,
Qəlbimdən qəlbinə çəkdiyin yolu,
Hər gün ilmə- ilmə naxışlayıram.
Başqa heç bir şeyə gümanım gəlmir,
Sənə ürəyimi bağışlayıram.
Fuad Biləsuvarda doğulub.Sayılıb – seçilən bir nəslin övladı olub.Erkən yaşda atasını itirən Fuadın ağrı- acıdan payı çox olub.Ata nənəsi- Xalidə xanımın yanında boya- başa çatıb,nənəsinin nağıllarıyla,bayatılarıyla,
Dünya özü boyda qəmdi,kədərdi anlaya bilənə.Anlamaq isə ən ağır dərddi.Tək qalanda ruhunu sözlə ovudub,doğması,simsarı söz olub,göz yaşlarını kipriklərində qurudub,özü özünə təsəlli olub.Ustadı Dəmir Gədəbəylidən şeirin,şeiriyyətin dilini,sirrini öyrənməyə çalışıb.Zirəddin Qafarlı kimi söz sərrafının tövsiyyələrini dinləyib.Səməd Vurğun, İsmayıl Şıxlı, Dəmir Gədəbəyli, Şahmar Əkbərzadə, Adil Babayev,Nəriman Həsənzadə,Sabir Sarvan, Nüsrət Kəsəmənli,Nəbi Xəzri,Zəlimxan Yaqub kimi söz adamlarının ağrılarının rəngini,səddini- sərhədini,xəritəsini sözlə cızmağa çalışıb.Jurnalistikada peşəkar jurnalistlərdən ustad dərsləri,məsləhətləri alıb .Jurnalistikamızda özünəməxsus nəfəsi,bənzərsiz dəsti- xətti ilə seçilən Qulu Məhərrəmlidən,Zemfira xanımdan,Anar Həsənlinin danışıqlarından,yazılarından bəhrələnərək bu peşənin dərinliklərinə yiyələnməyə çalışıb.
Sözün meydanında əliyalın qalmasın deyə gecə – gündüz öz üzərində işləyib,mütaliə edib,dinləyib,eşidib,öyrənib.
Yarı,sevgisi,sevdası Allah olub.Kipriyini ona sıxıb,dualarını ona pıçıldayıb.
Yediyim çörək- nan haqqı,
Allah haqqı,Quran haqqı,
İnandığım imam haqqı,
Unutmağı bacarmıram.
Kimi nəyi,necəsini özü bilir,bir də üzünə üz bağlayıb dərgahına yönəldiyi Allahı.
Alnına yazılanların izinə düşüb,tale deyib arxasınca qaranəfəs yüyürüb.Bəzən işıqgələn tərəfə düşsə də güzarı,bəzən də bilmədən ithürən tərəfə gedib çıxıb.
İnsanlar tək havalanıb hava da,
Qış deyəsən yenə geri qayıdıb.
Yazıq quşlar donur indi yuvada,
Canda dərddən qala qurub qayıdıb.
Burda çox şey demək istəyib,deyib də mətləbdən anlayanlara.
Fuad sevgi şairidi.Dini,imanı,Allahı,

AYB Sumqayıt bölməsinin rəhbəri.
