Azərbaycan.media xəbər verir ki, artıq 10-dan çox ölkə İran istehsalı “Şahed” dronlarından müdafiə üçün Ukraynadan dəstək istəyib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında bildirib.
Zelenski qeyd edib ki, bu gün Makronla hava hücumundan müdafiə sistemləri və döyüş aviasiyasının gücləndirilməsi üçün addımları müzakirə ediblər.
