🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranın Ankaradakı səfiri Türkiyəyə raket atılması xəbərlərini təkzib edib

Azərbaycan.media xəbər verir ki, İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə ölkəsinin Türkiyəyə üçüncü dəfə raket atdığı barədə yayılan məlumatları təkzib edib.

Səfir jurnalistlərə bildirib ki, Türkiyə səmasında raketlərin vurulması ilə bağlı işçi qrupu tərəfindən araşdırma aparılmasını gözləyirlər.

“Biz Türkiyənin milli suverenliyinə hörmətlə yanaşırıq. Bu baxımdan silahlı qüvvələrimiz, Baş Qərargahımız və Xarici İşlər Nazirliyi əvvəllər hər hansı raket və ya sursat hücumunu təkzib edən bəyanat yaymışdı. Hadisəni diqqətlə araşdırmaq üçün bir qrup yaradılmasını təklif etdik, çünki bunun necə baş verdiyi ilə bağlı qeyri-müəyyənlik var. Bizim fikrimizcə, bu hərəkətlər ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş üçüncü tərəflər tərəfindən törədilə bilər”, – deyə Həbibollazadə bildirib.

Bölgədəki hərbi vəziyyətlə bağlı şərh verən səfir əlavə edib ki, İran heç kimə hücum etməyib. “Onlar bizə hücum ediblər. Biz danışıqlar apararkən onlar bizə hücum ediblər. ABŞ diplomatiyaya xəyanət edib. Hücumlar nüvə danışıqlarının texniki mərhələyə çatdığı andan başlayıb”, – deyə o qeyd edib.