🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda istehlak qiymətləri fevralda 5,7 faiz artıb

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin fevralı ilə müqayisədə 5,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.

Qeyd olunur ki, 2025-ci ilin yanvar–fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz olub, son bir ay ərzində isə qiymətlər 0,6 faiz yüksəlib.