Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti martın 13-ü üçün hava şəraitini açıqlayıb.
Bakı və Abşeron yarımadası:
-
Hava dəyişkən buludlu, arabir tutulmuş olacaq, əsasən yağmursuz keçəcək.
-
Səhər bəzi yerlərdə az çiskin ehtimalı var.
-
Cənub-şərq küləyi əsəcək.
-
Temperatur: gecə 2–5° isti, gündüz 7–10° isti.
-
Atmosfer təzyiqi: 772 mm-dən 769 mm civə sütununa enəcək.
-
Nisbi rütubət: gecə 70–75%, gündüz 60–65%.
Rayonlar:
-
Hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman gözlənilir.
-
Şərq küləyi əsəcək.
-
Temperatur: gecə 2–6° isti, gündüz 9–14° isti; dağlarda gecə 5–10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Oxundu: 20
