Azərbaycan.media xəbər verir ki, Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası, Prezident mükafatçısı Zemfira Əbdülsəmədova “İlin işgüzar xanımı” müstəqil mükafatına layiq görülüb.

Səhnədə yaratdığı yaddaqalan obrazları və sənətə verdiyi töhfələrlə tamaşaçıların rəğbətini qazanan aktrisa uzun illərdir teatr sənətinin inkişafına öz töhfəsini verir. Onun səhnə fəaliyyəti, peşəkarlığı və sənətə olan sədaqəti həm tamaşaçılar, həm də sənət ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edək ki, Zemfira Əbdülsəmədova Azərbaycan teatr mühitində özünəməxsus yaradıcılıq üslubu ilə seçilən sənətkarlardandır. O, müxtəlif tamaşalarda yaratdığı obrazlarla teatrsevərlərin yaddaşında silinməz iz buraxıb və gənc aktyorlar üçün də nümunəvi sənət yolu nümayiş etdirib.

Azərbaycan.media kollektivi də dəyərli sənətkarı bu münasibətlə ürəkdən təbrik edir, ona yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır. Eyni zamanda ən böyük arzumuz sevilən aktrisanın dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Əməkdar artist” fəxri adına layiq görülməsidir.

Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
