🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Batumidə iki əcnəbi narkotik vasitələrin qanunsuz dövriyyəsində saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Axar.az-ın məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə iki əcnəbi vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edərək saxlayıb.

Məlumata görə, saxlanılanlar 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşıdır.

Həmin şəxslərin şəxsi əşyaları və müvəqqəti yaşayış yerlərində aparılan axtarışlar zamanı külli miqdarda heroin aşkarlanıb. Təqsirləndirilən şəxslərin narkotik maddələri qablaşdırıb sonradan satış üçün Batumidə müxtəlif yerlərdə gizlədikləri bildirilib.