Azərbaycan.media xəbər verir ki, Modern.az-ın məlumatına görə, İlham Əliyev müvafiq Fərman imzalayaraq Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə yeni məzmunda yarımbənd əlavə edib.
Yeni 3.1.16-3-cü yarımbəndə qeyd olunub ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq, qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti aparılarkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar olunarsa, onların yerləşdiyi ərazidə minatəmizləmə işlərinin həyata keçirilməsinə icazə verməlidir.
Oxundu: 9
