Azərbaycan.media xəbər verir ki, Çinin İran səfirliyi bəyanat yayıb və vətəndaşlarını İrandan çıxmaları barədə xəbərdar edib.
Bəyanatda bildirilir ki, mümkün ABŞ hərbi əməliyyatı təhlükəsi səbəbindən hazırda İranda qalmaq risklidir. Çin vətəndaşlarına İrana səyahətdən çəkinmək və hazırda ölkədə olanlar üçün təhlükəsizlik tədbirlərini artırmaq tövsiyə olunub.
Səfirlik əlavə edib ki, Çinin İrandakı və qonşu ölkələrdəki səfirlik və konsulluqları vətəndaşlara dəstək göstərəcək, həmçinin kommersiya uçuşları və quru yolu ilə transferlər təşkil olunacaq.
Oxundu: 11
