Azərbaycan.media xəbər verir ki, zəlzələ Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkan Şamaxı rayonunda baş verib. Zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.
13 kilometr dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7 təşkil edib. Təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala yaxın intensivlikdə hiss olunub.
Oxundu: 9
