Azərbaycan.media xəbər verir ki, hadisə ilə bağlı açıqlama Fövqəladə Hallar Nazirliyi-nin mətbuat xidməti tərəfindən verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində mənzildə olan şəxsin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
