🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov təqaüdə çıxmaq üçün raport yazıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xidmətdə olan ən yaşlı generallarından biri, Ramiz Zeynalov təqaüdə çıxmaq üçün raport təqdim edib.

Bu günlərdə 75 yaşını tamamlayan general artıq təqaüdə göndərilməsi ilə bağlı müraciət edib.

Qeyd olunur ki, Ramiz Zeynalov raportunda dövlətin ona göstərdiyi etimadı yüksək qiymətləndirdiyini vurğulayıb, eyni zamanda yaşının və səhhətinin nəzərə alınmasını xahiş edib.