Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Məlumata görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,85% ucuzlaşaraq 72,78 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 71,46 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
