🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan naziri: Azərbaycandan idxal olunan yanacaq bazara təsir göstərir

Azərbaycan.media xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycandan idxal olunan yanacağın ölkə bazarında qısa müddətdə satıldığını və bunun qiymət dəyişikliklərinə təsir etdiyini bildirib.

Məlumatına görə, nazir yanacaq sektorundakı vəziyyətə münasibət bildirərkən qeyd edib ki, Azərbaycan mənşəli benzinin ehtiyatı tükənən kimi digər yanacaq növlərinin qiymətində artım müşahidə olunur.

Onun sözlərinə görə, bazarda sabitliyi təmin etmək üçün daha sərfəli qiymətə yanacaq idxalının həcmini artırmaq vacibdir.

Nazir əlavə edib ki, perspektivdə Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yüz milyonlarla dollara çata bilər.

Xatırladaq ki, bu gün Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı göndərilib.