🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan və İran arasında yükdaşımalarda əməkdaşlıq genişlənir

Azərbaycan.media xəbər verir ki, Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında paylaşım edərək, Azərbaycanın İranla avtomobil və dəmir yolu vasitəsilə yükdaşımaların artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdiyini açıqlayıb.

Nazirin bildirdiyinə görə, görüşdə Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə avtomobil və dəmir yolu yükdaşımalarının həcminin artırılması, yol xəritəsinin hazırlanması və çoxtərəfli formatda regional nəqliyyat dəhlizlərinin genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.