Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin bəzi yerlərində yağıntılı hava şəraiti qeydə alınıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Ağdam rayonlarında yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba və Qusar, Şəki şəhərlərində isə qar yağıb.
Eyni zamanda, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.
