🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar jurnalist Qulu Məhərrəmli: “Ermənistanda Koçaryanın fəaliyyəti region üçün ən böyük təhlükədir”

Azərbaycan.media xəbər verir ki, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın son dövrdə açıqlamalarını ciddi təhlükə kimi qiymətləndirib.
Qulu Məhərrəmli bildirib ki, Koçaryan son günlərdə Zəngəzur dəhlizi, bəzən “Tramp yolu” adlandırılan layihə ilə bağlı risklərdən və təhlükələrdən danışmağa başlayıb. Lakin jurnalistin fikrincə, əslində Ermənistan və region üçün ən böyük təhlükə məhz Xocalı hadisələrinin əsas təşkilatçısı və qatili olan Koçaryanın özü və onun siyasi dairələridir.


“Parlament seçkiləri yaxınlaşdıqca Koçaryan və onun kimilərinin fəallaşması həm Ermənistanda, həm də regionda vəziyyətin gərginləşməsi baxımından çox mənfi əlamət hesab olunur. Onun təxribatçı bəyanatları və ritorikası yalnız daxili siyasi maraqlara xidmət edir, amma sülh prosesinə ciddi zərbə vurur”, – deyə Qulu Məhərrəmli vurğulayıb.
Əməkdar jurnalist qeyd edib ki, Koçaryanın davranışları regionda sülh və əməkdaşlıq təşəbbüslərinə mane olur və Azərbaycan üçün də təhlükəli amil kimi qiymətləndirilir. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsləri və regionda davamlı sülh üçün atdığı addımlar qarşısında Koçaryanın açıqlamaları yalnız destabilizasiya məqsədini güdür.
Qulu Məhərrəmli həmçinin əlavə edib ki, belə situasiyada beynəlxalq ictimaiyyətin və regiondakı tərəflərin diqqətli olması, Koçaryan tipli şəxslərin destruktiv fəaliyyətlərinə qarşı adekvat reaksiya verməsi vacibdir.

 

Mənbə: Azərbaycan.media