Azərbaycan.media xəbər verir ki, Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.
Görüş zamanı 95 illik yubileyi münasibətilə İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamları və səmimi təbrikləri Xalq şairinə çatdırılıb.
Söhbət əsnasında Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, milli-mənəvi dəyərlərin təbliği istiqamətində uzun illər göstərdiyi xidmətlər xüsusi vurğulanıb. Qeyd edilib ki, onun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti milli ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşməsinə mühüm töhfə verib, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayıb.
Xalq şairi isə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirib.




