Azərbaycan.media xəbər verir ki, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl həyata keçiriləcək.
Məlumata görə, mart ayının pensiyalarının martın 15-dək tam şəkildə ödənilməsi nəzərdə tutulur və bununla bağlı müvafiq qurumlara artıq göstəriş verilib.
Bildirilir ki, bayram günləri nəzərə alınaraq pensiyaların təsdiqlənmiş qrafikdən daha əvvəl, Novruz ərəfəsində vətəndaşlara çatdırılması üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.
Oxundu: 34
