🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Göyçayda ağır qəzanın qurbanı olan gənc sürücü vəfat etdi

Azərbaycan.media xəbər verir ki, iki gün əvvəl Göyçayda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan sürücü dünyasını dəyişib.

Hadisə nəticəsində ağır yaralanaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Göyçayın Ləkçıplak kənd sakini, 2004-cü il təvəllüdlü Şamil Yusifov bu gün tibb müəssisəsində vəfat edib.

Məlumata görə, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.