🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda yanvar ayında siqaret istehsalı 1,19 milyard ədədə çatıb

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub.

 Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 38,1% artım deməkdir. Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 1 milyard 264 milyon ədəd təşkil edib.

Dövr ərzində 49,9 ton tütün istehsal olunub ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 66,8% azdır.

Ötən il ölkəyə ümumilikdə 225 milyon ədəd siqaret idxal edilib ki, bunun dəyəri 5 milyon 642 min ABŞ dollarını təşkil edib. Eyni zamanda, 2025-ci ildə Azərbaycandan 11 ölkəyə 2 milyard 959 milyon ədəd siqaret ixrac olunub (dəyəri 46 milyon 635 min ABŞ dolları).

Siqaret ixracının ölkələr üzrə bölgüsü belə olub:

  • Gürcüstan – 2 439,56 mln. ədəd

  • Rusiya – 252,37 mln. ədəd

  • Oman – 73,19 mln. ədəd

  • Çinin Honkonq Xüsusi İnzibati Rayonu – 53,46 mln. ədəd

  • Tacikistan – 33,19 mln. ədəd

  • Birləşmiş Ərəb Əmirlikləri – 31,84 mln. ədəd

  • Suriya Ərəb Respublikası – 28,72 mln. ədəd

  • Özbəkistan – 28,01 mln. ədəd

  • Qırğızıstan – 13,6 mln. ədəd

  • Mavritaniya – 5 mln. ədəd

  • Hindistan – 0,5 mln. ədəd