🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal inşası uzunmüddətli strateji həlldir

Azərbaycan.media xəbər verir ki, “Heydər Əliyev Beynəlxalq Aeroportu”nda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın tikintisidir.

 Bakı Aeroportundan bildirilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır. Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin tətbiqi, sərnişin axınının düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər vasitəsilə mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır. Yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması gözlənilir:

“Yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi”.

Xatırladaq ki, “Heydər Əliyev Beynəlxalq Aeroportu”da hazırda 2 terminal fəaliyyət göstərir və hər iki terminal beynəlxalq və yerli uçuşlarla səyahət edən sərnişinlər üçün zəruri bütün xidmətləri təqdim edir.