Azərbaycan.media xəbər verir ki, İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.
Sənəddə bildirilir ki, 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri olan Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) 120 ili tamam olur. Sərəncamda onun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ açan görkəmli sənətkar olduğu vurğulanır.
Sənəddə qeyd olunur ki, Səməd Vurğun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi lirikasının Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olduğu, dramaturgiyasının isə ölkənin teatr sənəti tarixində xüsusi yer tutduğu bildirilir. Onun bədii irsi müasir Azərbaycan poeziyasında məktəb rolunu oynamış və gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli təsir göstərmişdir.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, AMEA və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alaraq, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayacaq.
