Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin yanvar ayında ölkədə 1 904,4 ton kərə yağı istehsal edilib.
Məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azdır.
Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.
Hesabat dövründə marqarin istehsalı ötən ilin yanvar ayı ilə müqayisədə 28,5% azalaraq 3 700,6 tona düşüb. Eyni zamanda, duru bitki yağı istehsalı 15,6% artaraq 4 576,6 ton olub.
Bundan əlavə, ötən ay ölkədə 219,6 min dekalitr (1 dkl = 10 litr) meyvə şirəsi, 11 433,5 ton meyvə-tərəvəz konservi və 6,4 min ton qida duzu istehsal edilib. Bu məhsullar üzrə istehsal həcmi illik müqayisədə müvafiq olaraq 44,5%, 8,2% və 11,1% azalıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycana ümumilikdə 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 130,38 ton kərə yağı, həmçinin 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 086,42 ton marqarin idxal olunub.
