Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 9,23 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən, illik müqayisədə Azərbaycan qonşu ölkədən idxalı 8,3% azaldıb. Ötən ay Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3% payla ölkənin ilk on idxal tərəfdaşı arasında yer alıb. Ən çox məhsul idxal edən ölkələr siyahısında Çin, Türkiyə və Rusiya ilk üçlüyü təşkil edib.
Hesabat ayında Gürcüstandan ümumilikdə 480,4 milyon ABŞ dolları dəyərində yerli məhsul ixraca yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19% çoxdur.
Qonşu ölkədən ən çox ixrac edilmiş məhsullar arasında neft və neft yağları, qiymətli metal filizləri və konsentratları, mis filizləri və konsentratları, ferroərintilər, qoz-fındıq, spirtli içkilər, qızıl, təbii və ya süni mineral və qazlı sular, təzə üzüm şərabı və şəkər əlavə edilmiş mineral sular yer alıb.
