🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Erməni politoloq: Müxalifət Azərbaycanla sülh sazişini poza bilməz

Azərbaycan.media xəbər verir ki, erməni politoloq Harutyun Mkrtçyan Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla sülh sazişini pozmaq gücünün olmadığını bildirib.

O qeyd edib ki, Rusiyadan təlimat alan bu siyasi qüvvələr xarici siyasət baxımından mövcud durumu dəyişə bilməzlər:

“Onların sülh müqaviləsini pozmaq və ya Qarabağı yenidən ələ keçirmək üçün kifayət qədər gücləri yoxdur”.

Mkrtçyan əlavə edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində növbəti dəfə hakim “Vətəndaş Müqaviləsi” qalib gələcək:

“Göyə də çıxsanız, yerə də düşsəniz, xalq yenə ölkəyə sülh gətirən ‘Vətəndaş Müqaviləsi’ni seçəcək”.