🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xumar Qədimovanın yeni “Dünya” mahnısı yayımlandı

Azərbaycan.media xəbər verir ki, xalqımızın sevilən ifaçısı Xumar Qədimova yeni “Dünya” adlı mahnısını təqdim edib. Mahnı artıq rəsmi YouTube kanalında yayımlanıb və dinləyicilər tərəfindən maraqla qarşılanır.

Mahnı haqqında qısa məlumat:

Mahnının sözləri  Zəlimxan Yaqubun, musiqisi: Xumar Qədimova məxsusdur.
“Dünya” müasir ritmlər və emosional melodiyaları ilə seçilir və həm yerli, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub.
Mahnı YouTube və digər rəqəmsal musiqi platformalarında mövcuddur.
İlk dinləyicilər mahnını Xumar Qədimovanın unikal səsi və emosional ifası ilə yüksək qiymətləndiriblər. Həm hiss, həm də ritm baxımından diqqət çəkən bu parça, sənətçinin repertuarında xüsusi yer tutur.

Mahnını rəsmi YouTube kanalında izləmək mümkündür:

 

Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media