Azərbaycan.media xəbər verir ki, fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib.
İclasda Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən qurumların və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Çıxışlarda regional bölmələrin fəaliyyəti geniş təhlil olunub. Bölgələr üzrə dini durum, dini icmaların aktivliyi, dini maarifləndirmə tədbirlərinin effektivliyi və qarşıda duran əsas çağırışlar barədə ətraflı məlumat verilib.
Kollegiya iclasında həmçinin yas mərasimlərində israfçılığın aradan qaldırılması məsələsi müzakirə olunub. Cəmiyyətdə bu istiqamətdə ümumi konsensusun formalaşdırılmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Dövlət Komitəsi dəbdəbəli yas mərasimlərinin qarşısının alınması ilə bağlı irəli sürülən ictimai təşəbbüsləri müsbət qiymətləndirir və bu təşəbbüslərə bundan sonra da dəstək vermək niyyətindədir.
