Azərbaycan.media xəbər verir ki, Ukraynada ukraynalı, amerikalı və hollandiyalı veteran pilotlardan ibarət yeni F-16 eskadrilyası yaradılıb. Məlumatı “Intelligence Online” nəşri öz mənbələrinə istinadən yayıb.
Bildirilib ki, son həftələr ərzində ciddi məxfilik şəraitində formalaşdırılan eskadrilya yeni F-16 qırıcılarını idarə edir. Bölmə xüsusilə Rusiya tərəfindən intensiv raket və pilotsuz uçuş aparatı hücumlarına məruz qalan Kiyev bölgəsi üzərində hava məkanının müdafiəsində mühüm rol oynayır.
Mənbələrin məlumatına görə, eskadrilyanın tərkibində Əfqanıstanda geniş döyüş təcrübəsi qazanmış amerikalı pilotlar da yer alır.
Həmçinin qeyd olunur ki, eskadrilyaya qoşulan Qərb ölkələrindən olan veteran pilotlar Ukrayna tərəfi ilə müvəqqəti müqavilələr imzalayıblar.
