🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Merkuri niyə ən isti planet deyil? – Səbəb Veneranın sıx atmosferində gizlənir

Azərbaycan.media xəbər verir ki, Günəşə ən yaxın planet olmasına baxmayaraq, Merkuri Günəş sisteminin ən isti planeti hesab edilmir. Bu faktın arxasında isə elmi baxımdan maraqlı səbəblər dayanır.
Müəllifi İbrahim Nəbioğlu olan araşdırmada bildirilir ki, Merkuri kiçik kütləyə malikdir və Günəşə həddindən artıq yaxın yerləşməsi səbəbindən atmosferini qoruyub saxlaya bilmir. Atmosferin olmaması isə planetin temperatur balansına ciddi təsir göstərir. Belə ki, Merkuri gündüz tərəfdə yüksək temperatur qeydə alınsa da, istilik gecə tərəfinə ötürülmür və demək olar ki, birbaşa kosmosa yayılaraq itirilir. Nəticədə planetdə kəskin temperatur fərqləri yaranır.
Günəşdən sonra ən isti planet isə Venera hesab olunur. Bunun əsas səbəbi Veneranın son dərəcə sıx atmosferə malik olmasıdır. Bu atmosfer güclü istixana effekti yaradır və istiliyi saxlayaraq planet səthində temperaturun çox yüksək səviyyədə qalmasına şərait yaradır.
Beləliklə, Günəşə məsafə hər zaman temperatur baxımından həlledici amil deyil. Planetin atmosfer quruluşu və fiziki xüsusiyyətləri onun istilik rejimini müəyyən edən əsas faktorlardır.

Müəllif: İbrahim Nəbioğlu

Mənbə: Azərbaycan.media