Azərbaycan.media xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb.
Bildirilib ki, duman səbəbindən görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.
Məlumata əsasən, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
