Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan ölkədə keçiriləcək parlament seçkilərinin Cənubi Qafqazda sülhün təmin olunmasında həlledici ola biləcəyini bildirib.
Bu barədə Simonyan deyib:
“Cənubi Qafqazda sülh məsələsi Ermənistanda keçiriləcək parlament seçkisində həll olunacaq. Ölkədəki siyasi qüvvələr iki qrupa bölünür: sülh partiyası və qlobal moderatorlardan asılılığı təklif edən müharibə partiyası. 2026-cı ildə seçki keçirib yekun sülh müqaviləsinin imzalanması və müqavilənin təsdiqlənməsi yolu ilə Azərbaycanla münaqişəyə son qoymalıyıq. Qələbəmizə əminəm.”
Oxundu: 5
