Azərbaycan.media xəbər verir ki, Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
Məlumatda həmçinin qeyd olunub:
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.”
Oxundu: 6
