🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Müdafiə Nazirliyi: 2025-ci ildə 19 mindən çox hərbi vəzifəli təlimlərə cəlb olunub

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə səfərbərlik hazırlığına xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqları təkmilləşdirilib. Onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, praktiki məşğələlər keçirilib. Bu istiqamətdə tədbirlərin 2026-cı ildə də davam etdiriləcəyi vurğulanıb.

Bununla yanaşı, azad olunmuş ərazilərdə mühəndis-istehkam tədbirləri, yeni yolların çəkilməsi və hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində mühəndis-istehkam bölmələri və digər dövlət qurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yol qardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa olunub.