Azərbaycan.media xəbər verir ki, amerikalı məşhur aktyor Jean-Claude Van Damme tanınmış bloger və boksçu Jake Paula döyüş təklifi edib.
Aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Van Damm müraciətində bildirib: “Salam, Ceyk Pol. Gəl döyüşək, əsl döyüş. K-1 boksa qarşı, aşağı zərbələr və dirsəklər olmadan. Mən sadəcə səni məğlub etmək istəyən adi bir oğlanam”.
Qeyd edək ki, Ceyk Pol sonuncu dəfə əfsanəvi boksçu Mike Tyson ilə qarşılaşmada qalib gəlib.
