🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Son illərdə 836 uşaq övladlığa verilib – 854 uşaq ailəsinə qaytarılıb

Azərbaycan.media xəbər verir ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən 836 uşaq övladlığa verilib. Onlardan 422-si oğlan, 414-ü isə qızdır.

Nazirlikdən bildirilib ki, övladlığa verilən uşaqların ailələrində vəziyyətinin öyrənilməsi məqsədilə onlar 18 yaşına çatanadək nəzarətdə saxlanılır. Övladlığagötürmənin ilk ilində hər rüb, sonrakı illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

Qeyd olunub ki, 2020-ci ilin ortalarından fəaliyyətə başlayan Agentliyin reinteqrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 467-si oğlan, 387-si qız olmaqla ümumilikdə 854 uşaq öz ailələrinə qaytarılıb.

Bununla yanaşı, 856 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb və onların öz ailə mühitində saxlanılması təmin edilib.

Xatırladaq ki, övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ilin noyabr ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.