Azərbaycan.media xəbər verir ki, Biləsuvar şəhərində transformatorda baş verən qəza aradan qaldırılıb və əraziyə elektrik enerjisinin verilişi bərpa olunub.
“Azərişıq” ASC-dən bildirilib. Qeyd edilib ki, şəhərdə 10 kV-luq xəttdə yaranan nasazlıq operativ şəkildə aradan qaldırılıb.
Xatırladaq ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınmışdı. İlkin məlumata görə, transformatorda baş verən partlayışa əriyən qar suları səbəb olub. Nəticədə rayon mərkəzinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılmışdı.
Hazırda ərazidə enerji təchizatı tam bərpa olunub.
Oxundu: 14
