Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən zavodun əməkdaşı nəqliyyat vasitəsində həyatını itirib.
Hadisə Kimyaçılar qəsəbəsində yerləşən zavodun qarşısında qeydə alınıb.
Bildirilib ki, müəssisəyə məxsus “Isuzu” markalı avtobusda Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Səlim Məmmədov qəflətən vəfat edib. İlkin məlumata əsasən, onun ölüm səbəbi ürək çatışmazlığı (infarkt) olub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxundu: 15
