Azərbaycan.media xəbər verir ki, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi axşam saatlarından şimal-qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidməti bildirir ki, havanın temperaturu gecə 4–9° isti, gündüz isə 15–20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 750 mm civə sütununa enəcək, nisbi rütubət 55–65% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntı və qar ehtimalı var, bəzi yerlərdə isə duman müşahidə olunacaq. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.
Rayonlarda temperatur gecə 0–5° isti, gündüz 13–18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8–13° isti olacaq.
Qeyd edək ki, 14 fevral Sevgililər Gününə təsadüf edir.
