Azərbaycan.media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı və regionlarda sərnişinlərin ictimai nəqliyyatdan rahat istifadəsini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender elan edib.
Agentlik planlaşdırılan işlərin icrası üçün ümumilikdə 3 milyon 654 min 73 manat vəsait ayırmağı nəzərdə tutur.
Layihə çərçivəsində dayanacaqların bölgü üzrə sayı belə planlaşdırılıb:
-
Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu: 142
-
Gəncə-Daşkəsən və Qazax zonası: 10
-
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları: 8
-
Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsi: 22
-
Şəki-Zaqatala regionu: 10
-
Lənkəran-Astara zonası: 11
-
Naxçıvan Muxtar Respublikası: 80
-
Şirvan-Salyan və Mil-Muğan əraziləri: 6
-
Mərkəzi Aran rayonları: 11
Bu addım sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini daha rahat və səmərəli etməyi hədəfləyir.
