🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kamkin: “Ukraynanın Aİ-yə qəbulu Brüssel üçün intihar olardı”

Azərbaycan.media xəbər verir ki, politoloq Aleksandr Kamkin Kp.ruya açıqlamasında Avropa İttifaqının Ukraynanı üzvlüyə qəbul etməsinin ciddi nəticələr doğura biləcəyini bildirib.

Ekspertin fikrincə, iqtisadi və siyasi göstəricilər baxımından Ukraynanın hazırkı vəziyyəti Aİ standartlarına uyğun deyil və belə bir qərar ittifaq üçün “intihar” xarakteri daşıya bilər.

Kamkin iddia edib ki, Ukrayna Rusiyaya təzyiq göstərmək məqsədilə bu cür vədlərlə təşviq olunur. Onun sözlərinə görə, Brüssel bürokratlarının əsas hədəfi Rusiyanın keçmiş postsovet məkanında geosiyasi təsir imkanlarının genişlənməsinin qarşısını almaqdır