🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan ispanaq ixracını artırıb – 14 ildən sonra yeni bazara çıxış

Azərbaycan.media xəbər verir ki, ötən ilin ilk 11 ayında Azərbaycan 275,4 min ABŞ dolları dəyərində 489,8 ton ispanaq ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17 faiz, kəmiyyət baxımından isə 30 faiz çoxdur.

Hesabat dövründə ixracın əsas hissəsi Rusiyaya yönəlib. Belə ki, bu ölkəyə 275 min ABŞ dolları dəyərində (illik müqayisədə 17 faiz çox) 489,4 ton (+29,7 faiz) ispanaq satılıb. Bundan başqa, Qazaxıstana 0,4 min ABŞ dolları dəyərində 0,35 ton ispanaq ixrac olunub.

Qeyd edək ki, son 14 ildə – xarici ticarət üzrə açıq rəsmi statistikanın mövcud olduğu 2011-ci ildən bəri – ilk dəfə olaraq Qazaxıstana ispanaq tədarükü həyata keçirilib.