🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mətanət Əsədova: “Qarşında dünyanın bədbəxt qadını dayanıb”

Azərbaycan.media xəbər verir ki, Mətanət Əsədova “Rəngarəng” verilişində yarımçıq qalan sevgisindən danışıb. Müğənni bildirib ki, münasibətdə anlaşılmadığını hiss etdiyi anlar olub və qarşı tərəflə hər zaman oturub danışmağa çalışıb:

“Mənə başqa bir fikirdə yanaşmaq istəyən olanda da oturub söhbət edirəm. Başa düşülmədim. Qarşı cinsin nümayəndəsi… Onun qarşısında diz çöküb ağlamışam. Demişəm ki, qarşında dünyanın bədbəxt qadını dayanıb. O, səndən heç nə istəməyib. Onun gözü sənin cibində, surətində deyil, qəlbindədir”.

Sənətçi sevginin qarşılıqlı anlayış və qayğı tələb etdiyini vurğulayıb:

“Onun yarasını sağalda, gözünün yaşını quruda, şux baxışla, gözəl sözlə ürəyini sevindirə bilirsənsə, yanında ol. Ola bilər ki, gözəl deyiləm, bunu mənə demə. Yaşım səndən böyük ola bilər, deyib sındırma. Məni elə günə qoydu, elə bədbəxt etdi ki… 24 saat əməliyyatdan çıxan gözlərimin yaşı qurumadı. Bu qız səndən nə istədi? Xoşbəxtlik, üzü gülsün və əsəbiləşib səsi batmasın. Bu həyatdan yarımamışam. Ona xoşbəxtlik vermirsən, vermə. Amma təhqir etmək olmaz”.

M. Əsədova yaşadığı eşq acısına görə uzun müddətdir gündəmdən uzaq qaldığını da etiraf edib:

“Heç bir ananın balasına bunu etmək olmaz. Sən görürsən ki, Mətanət səni nə dərəcədə istədi. Sən də gördün ki, ona bağlanırsan, belə etdin. Deyirəm ki, belə etmə, bu problemi düzəlt. Qayıdardı ki, olmur. Bir də var ki, deyirsən, heç vaxt, belə də öləcəksən, çürüyəcəksən. Belə olmaz. Əgər Mətanət diz çöküb, ayağından öpüb, yalvarırsa… Burada nə var… Qadına belə etmək olmaz. Eşqimi elə etdi ki, qəlbim parça-parça oldu. Görürsünüz, mahnı çıxartmıram, səhnədə, efirdə yoxam. Başım belə bir dərdə qarışmışdı”.