Azərbaycan.media xəbər verir ki, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Felipe Paulyer – BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi, BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri – mədəniyyətlərarası dialoq və gənclərlə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BMT-nin Gənclərlə İş üzrə İdarəsinin “X” sosial şəbəkəsində yayımlanan məlumatına görə, görüşdə tərəflər BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsi, gənclərin psixi sağlamlığı, yaradıcı sənayelər və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bildirilib ki, mədəniyyət və gənclərlə iş sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir və bu sahədə birgə təşəbbüslər gələcəkdə daha geniş fəaliyyət imkanları yaradacaq.
