Azərbaycan.media xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin olmaqla, ümumilikdə 3 kiloqram 547 qram narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxs verdiyi ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib.
