Azərbaycan.media xəbər verir ki, sui-qəsd cəhdinin qurbanı olan general-leytenant Vladimir Alekseyev komadan çıxıb və artıq danışır.
Bu barədə “Zvezda” məlumat yayıb. Bildirilib ki, Alekseyev daha əvvəl əməliyyat olunmuş və bir müddət komada qalmışdı.
Xatırladaq ki, fevralın 6-da naməlum şəxs Moskvanın Volokolamskoye şossesində yerləşən binanın girişində generala arxadan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Faktla bağlı qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.
Qeyd edək ki, Vladimir Alekseyev 2011-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini vəzifəsini tutur.
