Azərbaycan.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.
Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı, Roma Papası XIV Leo tərəfindən verilən şəxsi dəvət əsasında baş tutur. Şeyxülislam fevralın 9-da Pontifikin audiensiyasında iştirak edəcək.
Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
