🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Cəlilabadda narkotik təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə edən şəxsin saxlanılması barədə məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində VAZ-2106 markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi tərəfindən “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi və narkotik vasitə istifadə etməsi şübhəsi yaranıb.

Tibbi müayinə nəticəsində Zamiq Səfərovun metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs edilib.