Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah və sursatların aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirir.
Fevralın 6-da polis paytaxt və respublikanın müxtəlif rayonlarında əməliyyatlar keçirərək 7 avtomat silah, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkarlayıb və götürüb.
